Əsas vəsaitlərin müntəzəm qaydada idarə olunması hər bir şirkət üçün çox önəmlidir. Lakin əksər kiçik və orta şirkətlərdə əsas vəsaitlərin tam və dəqiq uçotu mövcud deyildir. Bu isə şirkətə məxsus aktivlərin qorunmasında problemlər yaradır, kapital xərclərinin planlaşdırılmasını və doğru maliyyə hesabatlarının hazırlanmasını mümkünsüz edir.
İnventarlaşdırma xidməti mühasibatlıq və maliyyə əməliyyatlarının düzgün aparılmasına, eləcə də resursların daha səmərəli istifadəsinə kömək edir.
Inventarlaşdırma Xidmətinin Əsas Məqsədləri
1. Malların Dəqiq Qeydi:
İnventarlaşdırma xidmətləri, təşkilatın sahəsində mövcud olan bütün malların və materialların sayılmasını təmin edir. Bu, mal qalığının düzgün qeydiyyatını və mühasibatlıq balansının dəqiqliyini təmin edir.
2. İnventarın Qiymətləndirilməsi:
Malların və məhsulların dəyərinin qiymətləndirilməsi, müəssisənin maliyyə vəziyyətini düzgün hesablamaq üçün vacibdir.
3. İnventarın Nəzarəti:
Şirkətlərin mal və material ehtiyatlarını nəzarətdə saxlamaq üçün inventarlaşdırma xidməti vacibdir. Bu xidmət, itkilərin qarşısını almağa və ehtiyatları düzgün idarə etməyə kömək edir.
4. Vergi və Mühasibatlıq Uğrunda Uyğunluq:
İnventarlaşdırma xidməti həmçinin vergi mühasibatlığı üçün də vacibdir. Şirkətlər, inventarlarının tamlığını təmin etməklə vergi qanunvericiliyinə uyğun olurlar.
5. Səhvlərin və İtkilərin Aşkarlanması:
Bu xidmət vasitəsilə məhsul çatışmazlıqları, səhvlər və digər məsələlər aşkarlanır. Bu, müəssisənin əməliyyatlarını təkmilləşdirmək və resursların itirilməsinin qarşısını almaq üçün vacibdir.
Komandamız əsas vəsaitlərinin inventarizasiyasını müxtəlif şirkətlərdə və fərqli sektorlarda peşakar səviyyədə həyata keçirir. Fiziki sayım və inventarizasiya aparmaqla bizim mütəxəssislər şirkətə məxsus olan bütün əsas vəsaitlər üzrə ən son məlumatları tam şəkildə toplayır.
İnventarlaşdırma nəticəsində tərtib olunacaq reyestr şirkətin aktivlərini rahat idarə etmək üçün bütün lazımi məlumatları əks etdirəcək, o cümlədən: aktivlərin kateqoriyası, yerləşdiyi ərazi, qiymətləndirmə üçün əsas texniki parametrlər, alınan il, məsul struktur bölməsi və işçi, aktivin cari vəziyyəti və foto şəkili. Bütün aktivlər barkod və aktivin adı əks olunmuş xüsusi birkalar ilə etiketlənir
Həmçinin inventarizasiya olunmuş aktivlərin qiymətləndirilməsi və ya yenidən qiymətləndirilməsi mütəxəssislərimiz tərəfindən aparıla bilər.
Əsas vəsaitlərin inventarizasiya xidmətinin qiymətləri şirkətə məxsus olan aktivlərin sayından və yerləşdiyi ərazidən asılıdır. Ümumi sayı 10,000 aktivdən çox olmamaqla orta yerli şirkətlər üçün cəmi xidmət haqqı 1,000 AZN - 10,000 AZN arasında dəyişə bilər.