«MEX» Məhkəmə Ekspertizası Xidmətləri 2020-ci ildə daşınmaz əmlak bazarının qiymətləndirilməsi, ekspertizası və digər əmlak subyektlərinin (o cümlədən bütün növ daşınar əmlaklar, binalar və qurğular, ixtisaslaşmış avadanlıqlar, qeyri-maddi aktivlər, qızıl və zinət əşyaları, nəqliyyat vasitələri və digər mülkiyyət obyektləri) dəyərləndirilməsi sahəsində fəaliyyət göstərmək məqsədilə yüksək ixtisaslı mütəxəssislər tərəfindən təsis edilmiş və dövlət qeydiyyatına alınmışdır.
Şirkət, Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq standartlara uyğun olaraq, aşağıdakı sahələr üzrə peşəkar xidmətlər göstərir:
- Qiymətləndirmə fəaliyyəti;
- Əmtəəşünaslıq və müvafiq ekspertiza xidmətləri;
- Tikinti-texniki ekspertiza;
- Konsaltinq və kompleks marketinq həlləri;
«MEX» Məhkəmə Ekspertizası Xidmətləri öz fəaliyyətində Azərbaycan Respublikasının “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunu, “Dövlət Məhkəmə Ekspertizası fəaliyyəti haqqında” Qanunu, Beynəlxalq Qiymətləndirmə Standartları (BQS) və “Milli Qiymətləndirmə Standartları” (AzS) kimi normativ-hüquqi aktlara əsaslanır. Şirkət, həm hüquqi, həm də fiziki şəxslərə müvafiq standartlara uyğun yüksək keyfiyyətli xidmətlər təqdim edərək, müştərilərinin etimadını qazanmışdır.
MEX Məhkəmə Ekspertizası Xidmətləri hər bir layihədə obyektivlik, şəffaflıq və peşəkarlıq prinsipinə sadiqdir və müştərilərinə etibarlı tərəfdaş olaraq dəyər yaradır.