Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası nəqliyyat vasitəsinin texniki vəziyyəti, yol-nəqliyyat hadisəsinin mexanizmi, hadisə yerində yol şəraiti və hadisə iştirakçılarının hərəkətləri, həmçinin ekspertin öz xüsusi biliyinə uyğun tədqiq edə biləcəyi hadisənin baş verməsinə zəmin yaradan şərait haqqında faktiki məlumatlardır.
Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası aşağıdakı növlər üzrə aparılır:
1. Yol-nəqliyyat hadisələri mexanizminin tədqiqi (avtotexniki ekspertiza).
2. Nəqliyyat vasitələrinin izlərinin tədqiqi (nəqliyyat-trasoloji ekspertiza).
3. Nəqliyyat vasitələrinin hissələrinin tədqiqi (metalloqrafik ekspertiza).