Səfərov Mamed 7 mart 1997-ci ildə Ağcabədi rayonunda anadan olmuşdur. O, Azərbaycan Kooperasiya Universitetində Dövlət və Bələdiyyənin İdarəedilməsi ixtisası üzrə təhsil almışdır.
Peşəkar fəaliyyəti çərçivəsində OBA MARKET MMC-də Daxili Nəzarət Departamentində mütəxəssis və sayıcı-hesablayıcı vəzifələrində çalışmışdır. Burada inventarizasiya prosesində satış və maddi vəsaitlərin sayılması, artıq və kəsrlərin araşdırılması, aşkarlanan problemlərin həlli, yekun nəticələrin hazırlanması və aktların tərtib edilməsi kimi işlərə məsul olmuşdur. Həmçinin, mağazalarda sayılmış məhsul miqdarını excel cədvəllərində mağaza uçotu ilə müqayisə edərək fərqləri müəyyən etmişdir.
Hal-hazırda isə o, “Məhkəmə Ekspertiza Xidmətləri” MMC-də qiymətləndirmə üzrə mütəxəssis vəzifəsində çalışır. O, daşınmaz və daşınar əmlakların, müəssisələrin, eləcə də dəymiş zərərin qiymətləndirilməsi sahəsində ixtisaslaşmışdır.
Səfərov Mamed, həmçinin aşağıdakı sertifikatlara sahibdir:
- Daşınar əmlakın (maşın və avadanlıqların, nəqliyyat vasitələrinin, heyvan və bitkilərin və s.) qiymətləndirilməsi - DİM.
- Daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin qiymətləndirilməsi - DİM
- Certified Internal Auditor (CIA) - UDEMY
Email: mamed.safarov@mex.az